AZ

"Leobank" kartdan vəsaitin nağdlaşdırılması üçün komissiyasının məbləğini artırıb

Şəxsi vəsaitlərin nağdlaşdırılması üçün tariflər yenilənəcək.

Aprelin 1-dən "Leobank" kartından şəxsi vəsaitlərin nağdlaşdırılması üçün tarifləri yenilənəcək.

"Operativ Media" xəbər verir ki, "Unibank" bankomatları üçün limitdən artıq vəsaitin nağdlaşdırılması üzrə komissiya bir qədər artacaq.

Əvvəlki tarif: ayda 2000 - dək - komissiyasız, 2000 m-dan çox - 0,5%

Yeni tarif: ayda 2000 m-dək komissiyasız, 2000 m-dan çox 1% (minimum 1 m)

Azərbaycanda digər bankların bankomatlarından nağdlaşdırma

Əvvəlki tarif: 0,5% (minimum 1 m)

Yeni tarif: ayda 2000 m-dək hər əməliyyat üçün 1 m, 2000 m-dan çox - 1% (minimum 1m)

Xaricdə bankomatlardan nağdlaşdırma

Əvvəlki tarif: şəxsi və kredit vəsaitləri üçün 2% (minimum 1)

Yeni tarif: şəxsi və kredit vəsaitləri üçün 2% (minimum 3,5 )

Seçilən
8
operativmedia.az

1Mənbələr