AZ

TƏBİB-in əməkdaşı faciəli şəkildə HƏLAK OLDU

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki dəhşətli qəzada həlak olan Sevil Abdullazadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin mütəxəssisi imiş.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

 Sevil Abdullazadə 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq, Dövlət İdarəçilik Akademiyasının (DİA) tələbəsi adını qazanmışdı.

 

O, əslən Ağstafa rayonunun Dağkəsəmən kəndindən olub.

 

Tarix: 13 Mart 2025, 21:37   
Seçilən
41
8
pravda.az

10Mənbələr