Yaşadıqları 1 otaqlı mənzillər yanaraq yararsız hala düşdüyündən sakinlər çarəsiz haldadır.
Xezerxeber.az xəbər verir ki, söhbət bir neçə gün öncə iki mərtəbəsi yanan beşmərtəbəli yaşayış binasının sakinlərindən gedir. 101 saylı Texniki Peşə Məktəbinin yataqxanasındakı bir neçə mənzil acınacaqlı durumdadır.
Tavandan döşəməyədək, içindəki əşyalarla birlikdə yanan bu otaqlardan sakinlər heç nə çıxara bilməyiblər.
Sakinlər iddia edir ki, onlara yataqxana ilə təmir olunacaq deyilsə də ötən müddət ərzində heç bir mərtəbə və otaqlarda təmir işləri aparılmayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 101 saylı Texniki Peşə Məktəbinin yataqxanasında baş vermiş yanğın hadisəsi ilə bağlı məcburi köçkünlərin yaşayış şəraitinə dəyən ziyan müəyyənləşdirilib. Yanğın nəticəsində otaqları tamamilə yararsız hala düşən iki məcburi köçkün ailəsi Komitə tərəfindən müvəqqəti yaşayış sahəsi ilə təmin edilib. Onlardan biri yaxın günlərdə daimi məskunlaşmaq üçün Cəbrayıl şəhərinə köçürüləcək. Hadisə nəticəsində zərər görmüş digər mənzil isə Dövlət Komitəsinə ayrılmış büdcə vəsaiti hesabına təmir ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.