1 ilə yaxındır avtoqəza olub. Lakin hələ də sığorta ödənişini ala bilmir.
Xezerxeber.az xəbər verir ki, hadisə Kürdəmirin Sığırlı kənd sakini Xəqani Əhmədlinin başına gəlib. O, bildirib ki, ötən ilin aprel ayında özünə məxsus nəqliyyat vasitəsilə qəzaya uğrayıb və avtomobilə ziyan dəyib.
Xəqani Əhmədli deyir ki, həmin vaxt yol polisi əməkdaşları yerindəcə avtomobillərə baxış keçiriblər və hesablamalar aparılıb. Amma o vaxtdan bu günədək ona heç bir ödəniş edilməyib.
Məsələ ilə bağlı həmin sığorta şirkətindən "Xəzər Xəbər"ə bildirildi ki, ödəniş üçün lazım olan sənədlər zərərçəkən tərəfindən bu il martın 11-də daxil olub. İş ödənişə yönləndirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.