AZ

Tramp Putinin bəyanatını ümidverici, lakin natamam adlandırdı


ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Rusiya-Ukrayna müharibəsində 30 günlük atəşkəslə bağlı bəyanatını ümidverici adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə baş katib Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Putin çox ümidverici bəyanat verib. Lakin bu ifadələr natamam idi.”, - Tramp deyib.
Ölkə başçısı Putinlə atəşkəs təklifini müzakirə etməyə hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff hazırda Rusiyada ciddi danışıqlar aparır və yaxın vaxtlarda Putinlə görüşü gözlənilir:
“Ümid edirəm ki, Rusiya doğru şeyi edər. Biz Ukrayna ilə əraziləri müzakirə etdik, çünki mənası yoxdursa, atəşkəsə vaxt itirmək istəmirik. Ona görə də deyirik ki, bax, bunu ala bilərsən, amma bunu ala bilməzsən. NATO və NATO-ya üzvlük məsələsi müzakirə olunub. Cavabı hamı bilir, 40 ildir məlumdur. Yekun razılaşmanın bir çox detalları artıq müzakirə olunub. İndi Rusiyanın hazır olub-olmadığını görəcəyik. Əks halda, bu, bütün dünya üçün çox məyusedici bir an olacaq”.
Seçilən
5
yeniavaz.com

1Mənbələr