AZ

PişiyinTürkiyəyə “deportasiyası” ehtimal olunur..?

...FESCO şirkətinin rus dənizçiləri İstanbuldan Novorossiyskə üzərkən gəminin göyərtəsində pişik aşkar ediblər.

SİA-nın məlumatına görə, adi yoxlama zamanı dənizçilər göyərtədəki konteynerdən birindən kədərli pişik miyoltusueşidiblər

Tezliklə məlum olub ki, İstanbulda gəmiyə yüklənən konteynerdən birində pişik qalıb.

Ancaq pişiyi dərhal azad etmək mümkün olmayıb, çünki daşınma qaydalarına görə, konteynerlərin açılması qəti qadağandır.

Ev heyvanının gəmiyə, möhürlənmiş konteynerə necə düşdüyü hələ də məlum deyil.

Deməli, bütün səyahət zamanı dənizçilər heyvanı kiçik bir boşluqdan qidalandırıblar və borudan istifadə edərək ona su da veriblər.

Pişik yalnız Rusiyaya gəldikdən sonra sərbəst buraxılıb. ...Ancaq səyahət edən pişiyin macəraları bununla bitməyib. Belə ki, gömrük prosedurlarına görə, hətta zərərsiz pişiyin belə ölkəyə daxil olması qeyri-qanuni sayılır.

Bunu şirkətdən bildiriblər.

Beləliklə, pişik hazırda şirkət işçilərinin himayəsi altında müvəqqəti olaraq limanda yaşayır. Lakin gömrük qaydalarına görə, heyvanın Rusiyada olması qeyri-qanuni sayılır. Ona görə də heyvanın məcburi şəkildə Türkiyəyə geri “deportasiyası” mümkündür.

Nazlı Almuradova

Seçilən
7
sia.az

1Mənbələr