AZ

Onlar sərhədimizdən çıxarılır? – SON DƏQİQƏ

Azərbaycanla sərhədə üçüncü dövlətin hərbçiləri yerləşdirilməyəcək.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu, Azərbaycanla razılaşmada yer alır. Sülh müqaviləsi imzalandıqdan sonra sərhəddə üçüncü dövlətin hərbçiləri yerləşdirilməyəcək. Həmçinin, bütün müşahidəçilər də kənarlaşdırılacaq.

Bundan sonra Baş nazirə mövqeyini nə üçün dəyişdirdiyi sualı verilib.

“Biz daha əvvəlki mövqeyimizi dəyişməmişik, sadəcə mətni təhlil edərkən anladıq ki, bu cür Ermənistanın daha çox xeyrinə olacaq. Təhlükəsizlik Şurasında da bunu müzakirə etdik”, – deyə Paşinyan cavab verib./globalinfo.az/

Seçilən
15
4
turkustan.az

5Mənbələr