AZ

“Elektrik stansiyasını kim alacaq?”

Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını, hansı əraziləri itirəcəyini, bununla bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə deyib.

“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası. Elektrik stansiyasını kim alacaq? Bu, asan proses deyil”, - Amerika lideri təfərrüatlara varmadan bildirib.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO və alyansa qoşulma mövzusuna toxunub.

Seçilən
3
1
qafqazinfo.az

2Mənbələr