AZ

Avstraliya-2025: Mətbuat konfranslarının cədvəli

F-1.az xəbər verir ki, cümə axşamı altı sürücü avtodromun mətbuat mərkəzinə baş çəkəcək: ilk üçlükdə Cək Duhən (Alpine), Oskar Piastri (McLaren) və Maks Ferstappen (Red Bull), ikinci üçlükdə isə Lyuis Həmilton (Ferrari), Andrea Kimi Antonelli (Mercedes) və Karlos Sayns (Williams) jurnalistlərin suallarına cavab verəcəklər.

Cümə günü komandaların nümayəndələri jurnalistlərin qarşısına təşrif buyuracaqlar: Əndi Kavell (Aston Martin), Frederik Vassyör (Ferrari) və Ceyms Vavlz (Williams).

Şənbə günü sıralanma turu və bazar günü yarışından sonra sessiyaların ilk üçlüyü mətbuat mərkəzində jurnalistlərin suallarına cavablandıracaq.

Seçilən
19
f-1.az

1Mənbələr