AZ

Karlo Ançelotti UEFA Çempionlar Liqasında rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko Madrid"i məğlub edən Karlo Ançelottinin komandası baş məşqçinin rekorda imza atmasına kömək edib.

Yenisabah.az xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalına ən çox çıxan baş məşqçidir.

İtaliyalı mütəxəssis 15-ci dəfədir ki, buna nail olur. Ançelottidən sonra Xosep Qvardiola ikinci pillədə yer alıb. Qvardiola komandaları ilə birlikdə 14 dəfə turnirin 1/4 finalına yüksəlib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" klubu "Arsenal"la qarşılaşacaq./Oxu.az


Telegram kanalımız
Seçilən
9
1
yenisabah.az

2Mənbələr