Sosial media istifadəçiləri arasında ən çox bəyənilən paylaşım Nyu-Yorkda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla olan fotomdur.
Modern.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Nikol Paşinyan Türkiyə mətbuatına müsahibəsində deyib.
“İlk baxışda sadə görünə bilər, amma əslində olduqca simvolikdir. Məsələn, Nyu-Yorkda müxtəlif ölkə liderləri ilə görüşlərimdən kiçik fraqmentləri feysbuk səhifəmdə paylaşandan sonra geri dönüb baxdıqda anlayıram ki, sosial şəbəkə istifadəçilərimiz arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən Türkiyə Prezidenti ilə görüşümdən olan fotodur. Baxıram və təəccüb edirəm”, - Paşinyan qeyd edib.