AZ

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Nüfuzlu analitik və bloger Con Qruber "Apple"ı "Siri"nin süni intellekt xüsusiyyətlərinin təqdimatını gecikdirdiyinə görə tənqid edib. 

Valyuta.az xəbər verir ki, "Kupertinoda bir şey çürükdür" yazısında o, WWDC 2024 konfransında yayda verdiyi vədləri yerinə yetirməməsi səbəbindən şirkətin reputasiyasının ciddi şəkildə zədələndiyini bildirib.

Qruberin sözlərinə görə, "Apple" əvvəllər texnologiya sənayesində etibarlılıq standartı hesab olunurdu, lakin indiki vəziyyət ona olan inamı sarsıdır. O, problemin təkcə gecikmədə deyil, həm də şirkətin onun fikrincə, ilkin olaraq reallığa uyğun gəlməyən konsepsiya təqdim etdiyini vurğulayıb.

Qruber "Siri"nin WWDC demosunu real məhsuldan çox “konsept videosu” adlandırıb və onun fikrincə, bu, şirkət daxilində böhranın sübutudur.

Təhlilçi həmçinin rəhbərlik vəziyyəti düzəltmək üçün qətiyyətli addımlar atmasa, "Apple"ın həmişə fəxr etdiyi mükəmməllik mədəniyyətinin təhlükə altına düşə biləcəyindən narahatlığını ifadə edib.

Ekspertin fikrincə, istifadəçilərin və tərəfdaşların etimadını qorumaq üçün innovasiyaların tətbiqində gecikmələr kimi məsələlər maksimum şəffaflıq və məsuliyyətlə həll edilməlidir.

Paşa Məmmədli

Seçilən
9
valyuta.az

1Mənbələr