AZ

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub

Ağstafada dönərdən zəhərləndiyi ehtimal edilənlərin adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılanlar bunlardır:

Ağstafa rayon sakinləri, 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə, 2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Onların vəziyyəti kafi və qənaətbəxş hesab edilir 

Faktla bağlı araşdırma aparılır.

***22:00

Ağstafada 9 nəfər qidadan zəhərlənib

"Report"un Qərb bürosunun məlumatına görə, üçü uşaq olmaqla 9 nəfər qida zəhərlənməsi ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Onların Ağstafa şəhər ərazisində fəaliyyət göstərən obyektlərin birindən aldıqları dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
51
6
far.az

10Mənbələr