AZ

"Qəbələ"nin futbolçusu: "Millidəki çıxışımla mənə göstərilən etimadı layiqincə doğruldacağam"

Millidəki çıxışımla mənə göstərilən etimadı layiqincə doğruldacağam.

"Report" xəbər verir ki, bunu ilk dəfə Azərbaycan milli komandasına çağırılan "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, dəvətə görə çox sevincli olduğunu bildirib:

"Özümü çox sevincli və xoşbəxt hiss edirəm. Əlbəttə, milliyə dəvət almaq hər futbolçunun arzusudur. Şükürlər olsun ki, bu sevinci yaşamaq mənə də nəsib oldu.

Yığma üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Öz üzərimdə daha çox işləməli, daha çox əziyyət çəkməli olduğumun fərqindəyəm. Ümid edirəm ki, millidəki çıxışımla mənə göstərilən etimadı layiqincə doğruldacam".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarusla yoldaşlıq oyunları keçirəcək.

Seçilən
3
1
far.az

2Mənbələr