Goranboyda məktəblinin qaçırıldığı iddia olunur.
Goranboy şəhər 2 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Z.B iki gündür ki, yoxa çıxıb.
Məktəblinin dərs vaxtı qaçırıldığı iddia olunur.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsi barədə məlumat veriləcək./APA
Tarix: 14 Mart 2025, 00:05