Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi - Babayan
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan suallara cavab verib.BUTA.TV xəbər verir ki, Babayan Ağdərədə silahlı dəstənin tərkibində olduğunu, onlara verilən silahların dəstə rəhbəri tərəfindən Xankəndidən və Ermənistandan gətirildiyini deyib. O qeyd edib ki, silahlı birləşmənin rəhbəri Vanik Petrosyan olub.