AZ

İnyiqo Martines daha bir il “Barselona”da - Rəsmi

Futbol üzrə İspaniya La Liqasının lideri “Barselona” mərkəz müdafiəçisi İnyiqo Martines ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ilin yayında bitəcəkdi.

Xatırladaq ki, İnyiqo Martines 2023-cü ilin iyul ayından “Barselona”nın uğurları üçün çalışır. Təcrübəli futbolçu Kataloniya təmsilçisinin heyətində indiyə qədər 58 oyuna çıxıb, 3 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Martines “Real Sosyedad”ın yetirməsidir. O, bu komandada 239 oyun keçirib, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu 2018-ci ildən “Barsa”ya keçənə qədər də Bilbao “Atletik”ində çıxış edib. Martinesin “Atletik” karyerası bütövlükdə 177 oyun, 8 qol və 7 assistdən ibarətdir.

İnyiqo İspaniya yığmasında 2013-cü ildə debüt edib. O, yığmada 21 oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
10
arena.az

1Mənbələr