AZ

"İnter" Paz ilə maraqlanır

"Komo" klubunun hücumameyilli yarımmüdafiəçisi Nikolas Paz yayda klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, keçən ilin avqustunda "Komo" futbolçunun hüquqlarının 50%-ni "Real Madrid"dən alıb.

"İnter" perspektivli argentinalı ilə müqavilə imzalamaqda son dərəcə maraqlıdır, lakin müqavilənin taleyi "kral" klubundan asılı olacaq.

İspaniya klubu istəsə Pazı qaytara biləcək.

20 yaşlı futbolçu özü də "Real Madrid"ə qayıtmaq istəyir.

Nikolas Paz A Seriyasında "Komo" ilə 26 matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib. 

Seçilən
5
operativmm.az

1Mənbələr