AZ

Zelenskidən Putinin həmin bəyanatına reaksiya

"Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin 30 günlük atəşkəs təklifindən imtina etməyə hazırlaşır”. SİA UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Volodimir Zelenski deyib. “Biz hamımız Putinin çox manipulyativ sözlərini eşitdik. O, faktiki olaraq, indiyə olan vəziyyətə görə, imtina etməyə hazırlaşır. Biz hər hansı bir şeyi mürəkkəbləşdirən şərtlər qoymuruq. Bunu Rusiya edir. Həmişə dediyimiz kimi, hər şeyi uzadacaq yeganə tərəf, destruktiv olacaq yeganə tərəf Rusiyadır. Onlara müharibə lazımdır”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, V.Putin Rusiyanın Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razılaşdığını, lakin onun uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalı olduğunu bildirib.

Seçilən
9
1
sia.az

2Mənbələr