Azərbaycanlı futbolçu Musa Qurbanlının 2023-24-cü illərdə çıxış etdiyi İsveçin "Yurqorden" klubu UEFA Konfrans Liqası 1/4 finalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, tarixi uğur bu gecə "Pafos"la (Kipr) görüşdə qeydə alınıb. "Yurqorden" ilk matçda minimal hesabla uduzsa da, cavab oyununda rəqibin qapısından 3 cavabsız top keçirib.

Maraq üçün qeyd edək ki, Musa sözügedən komandanın heyətində 16 qarşılaşmada 2 qol vurmuşdu.

 Yarışın digər 1/4 finalçılarına gəlincə, favorit "Çelsi" çətinlik çəkmədən növbəti mərhələyə vəsiqə qazanıb. "Real Betis" və "Fiorentina" da kubok uğrunda mübarizəni davam etdirir. 

Konfrans Liqası, 1/8 final, cavab oyunları

“Brügge” (Belçika) - “Yagelloniya” (Polşa) 2:0

İlk oyun - 0:3

“Luqano” (İsveçrə) - “Selye” (Sloveniya) 5:4 (əsas vaxt 4:3; əlavə vaxt 1:1; pen. 1:3)

İlk oyun - 0:1

“Rapid” (Avstriya) - “Borats” (Bosniya və Herseqovina) 2:1

İlk oyun - 1:1

Yurqorden” (İsveç) - “Pafos” (Kipr) 3:0

İlk oyun - 0:1

“Vitoriya” (Portuqaliya) - “Betis” (İspaniya) 0:4

İlk oyun - 2:2.

“Fiorentina” (İtaliya) - “Panatinaikos” (Yunanıstan) 3:1

İlk oyun - 2:3

 “Legiya” (Polşa) - “Molde” (Norveç) 2:0 (əsas vaxt 1:0; əlavə vaxt 1:0)

İlk oyun - 2:3

“Çelsi” (İngiltərə) - “Kopenhagen” (Danimarka) 1:0

İlk oyun - 2:1