AZ

“Azərbaycanda gələcəyin milli komandasını formalaşdırırıq"

"Haiti çox yaxşı, keyfiyyətli komandadır, zəif rəqib deyil".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis qarşılaşacaqları komandalar barədə müzakirələr aparıldığını və sonra qərar verildiyini söyləyib:

"Haiti millisi FIFA reytinqində bizdən 30 pillə irəlidədir. Qələbə qazanmaq üçün rəqib seçsəydik, daha zəif kollektivlə üz-üzə gələrdik.

Azarkeşlərimizə qalibiyyət bəxş etmək istəyirik. Amma indi rəqib seçəndə bunu düşünmürük. Gələcəyin milli komandasını formalaşdırırıq".

Seçilən
31
5
sportinfo.az

10Mənbələr