AZ

İki xərçəng növünə tutulan model: "Gözəl olmaq..." - FOTO

Məşhur italiyalı model Byanka Balti iki xərçəng növü ilə mübarizə aparır.

Milli.Az xəbər verir ki, o süd vəzi xərçəngindən sonra yumurtalıq xərçəngi xəstəliyinə tutulub. İndi o hər iki xərçəng növünə qarşı müalicə olunur. 

Kimyaterapiya olunan 40 yaşlı Byankanın saçları da tökülməyə başlayıb. Model gözəllik barədə düşünmədiyini, sadəcə bu xəstəlikdən canını qurtarmağa çalışdığını bəyan edib:

"Gözəl olmaq barədə düşünmürəm. Saçlarımı itirmək mənə güc verdi. Çünki ən seksual və ya məftunedici qız olmaq üçün yarışmıram. Qarşımdakı bir çox maneəni qaldırdı. Artıq sübut edəcək bir şeyim yoxdur. Həyatım üçün mübarizə aparıram. Qırmızı xalıda gəzməkdən də qorxmuram".

Xatırladaq ki, modelin 9 və 17 yaşında qızları var. /BAKU.WS

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
19
milli.az

1Mənbələr