Bu gecə Avropa Liqasında və Konfrans Liqasında 1/8 final mərhələlərinin cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, görüşlərdən sonra hər iki turnirdə bütün 1/4 finalçılar müəyyənləşib.
1/4 final cütləri aşağıdakı kimidir:
Avropa Liqası
"Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)
"Reyncers" (Şotlandiya) - "Atletik" (İspaniya)
"Budo Qlimt" (Norveç) - "Latsio" (İtaliya)
"Lion" (Fransa) - "Mançester Yunayted" (İngiltərə)
Konfrans Liqası
"Çelsi" (İngiltərə) - "Legiya" (Polşa)
"Yurqorden" (İsveç) - "Rapid" (Avstriya)
"Selye" (Sloveniya) - "Fiorentina" (İtaliya)
"Betis" (İspaniya) - "Yagelloniya" (Polşa)
Qeyd edək ki, hər iki turnirdə 1/4 finalın ilk oyunları aprelin 10-da, cavab matçları isə aprelin 17-də keçiriləcək.