AZ

İtaliyalı qapıçı Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Metbuat.az UEFA-ya istinadən xəbər verir ki, italiyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Harri Keyn (“Bavariya”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.

Seçilən
56
4
metbuat.az

5Mənbələr