AZ

Erməni rejissor Rusiyadan qovulacaq

"Rusiya veteranları" Ümumrusiya ictimai hərəkatı rejissor Sarik Andreasyanın Rusiya vətəndaşlığını almasının qanuniliyinin yoxlanılması xahişi ilə Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edib.

"Biz Baş Prokurorluqdan vətəndaşlığın alınmasının qanuniliyi ilə bağlı araşdırma aparmasını, qanun pozuntuları aşkar edilərsə, onun ləğv edilməsini və deportasiya məsələsinə baxılmasını xahiş edirik", - deyə fəalların müraciətində qeyd olunub.

SeherXeber.org xəbər verir ki, bundan əlavə, fəallar Andreasyanın bəyanatlarının Rusiya qanunvericiliyini pozub-pozmadığının yoxlanılmasını və onun ölkədəki mədəni fəaliyyətinin qadağan edilməsini istəyiblər.

Hərəkatın tələbləri Andreasyanın Moskva kino kollecində tələbələrlə mübahisə zamanı Andrey Tarkovskinin yaradıcılığına nifrət etməsi barədə bəyanatı ilə bağlıdır. Fəallar qeyd ediblər ki, rejissor "dağıdıcı mövqeyinə" baxmayaraq, Rusiya büdcəsindən 590 milyon rubl (11 milyon 508 min 734 manat) alıb.

Bundan əvvəl Dövlət Dumasının deputatı Dmitri Qusev mədəniyyət naziri Olqa Lyubimovaya Sarik Andreasyanın filmlərinin maliyyələşdirilməsini dayandırmaq təklifi ilə müraciət edib.(publika.az)

Seçilən
2
6
seherxeber.org

8Mənbələr