"Dişlərin sağlamlığı təkcə ağız boşluğunun gigiyenasından deyil, həm də qidalanmadan asılıdır".
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ortodont həkim Viktoriya Radkon danışıb.
O, hansı mikroelementlərin və məhsulların möhkəm dişləri qorumağa kömək edəcəyini söyləyib.
"Kalsium - diş minası üçün əsas tikinti materialıdır, o dentini (dişin minerallaşmış sərt toxuması) möhkəmləndirir və dişlərin dağılmasının qarşısını alır. Ftor və fosforla birlikdə bu element minanı kariyesə qarşı daha davamlı edir. Süd məhsulları, xüsusilə bərk pendirlər, həmçinin balıq və qoz-fındıq kalsiumla zəngindir. Kalsiumun mənimsənilməsinə cavabdeh olan "K" vitamini isə ispanaq, soya və kartofdan əldə edilə bilər", - deyə Radko qeyd edib.
Həkimin sözlərinə görə, diş ətinin sağlamlığı üçün mübadilə proseslərini stimullaşdıran və iltihabın qarşısını alan "C" vitamini lazımdır. Bu vitamin sitrus meyvələrində, çiyələkdə və şirin bibərdə çoxdur. Lakin həkim xəbərdarlıq edir ki, yüksək turşuluğa malik meyvələr minanı nazikləşdirə bilər, buna görə də, onları yedikdən sonra ağzı su ilə yaxalamaq lazımdır.