ABŞ-dan olan tədqiqatçılar 30 yaşdan yuxarı təxminən 1 milyon 800 min xəstə haqqında məlumatları təhlil ediblər. Alimlər belə qənaətə gəliblər ki, xərçəngə yoluxma hallarının demək olar ki, 40%-nin və ölüm hallarının 44%-nin qarşısını həyat tərzini dəyişdirməklə almaq olar.BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Dmitri Semiryadov xərçəng riskini azaldan məhsullardan danışıb: “Pəhrizdə heç bir dəyişiklik, heç bir qida və ya məhsul 100% xərçəngin qarşısını ala və müalicə edə bilməz. Bununla belə, masamızda xərçəng risklərini azaltmağa kömək edə biləcək maddələr var. Xərçəng əsasən hüceyrə DNT-nin parçalanmasının nəticəsidir ki, bu da mutasiyaya səbəb olur. Bəzi qidalarda antioksidantlar, DNT-ni zədələnmədən qoruyan maddələr var. Bunun sayəsində şişlərin meydana gəlməsinə səbəb olan hüceyrə anomaliyalarının inkişaf riski azalır. Onların siyahısını təqdim edirik: brokkoli; kök; lobya; giləmeyvə; qoz-fındıq; zeytun yağı; zərdəçal; sitrus; sarımsaq; yağlı balıq. İçkilər arasında yaşıl çay xüsusilə xərçəngin qarşısının alınmasında faydalıdır.