AZ

Azərbaycanda kredit sığortası üzrə toplanmış sığorta haqqı 495 min manata çatıb

Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən kredit sığortası üzrə toplanmış sığorta haqqının həcmi 495 min manat olub.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istiandən xəbər verir ki, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 42,3 min manat və ya 9,4% artım göstərir. Ötən ilin yanvar ayında bu məbləğ 452,7 min manat təşkil etmişdi.

Bundan əlavə, 2024-cü ilin yanvar ayında kredit sığortası üzrə sığorta ödənişlərinin həcmi 5 min manat olub ki, bu da illik müqayisədə 78,6% artım deməkdir. Ötən ilin yanvar ayında isə bu rəqəm 2,8 min manat idi.

Ümumilikdə, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətləri tərəfindən toplanan sığorta haqqı 163,7 milyon manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% artım təşkil edir. Eyni zamanda, bu dövrdə sığorta şirkətləri 47,6 milyon manat sığorta ödənişi edib ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 22,8% artım deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
8
2
fins.az

10Mənbələr