AZ

Trampın xüsusi nümayəndəsi Moskvadan geri dönüb

Trampın

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffun olduğu ehtimal edilən təyyarə Moskvadan havaya qalxıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, Vitkoff ABŞ-nın Moskvadakı səfirliyinin binasında bir saata yaxın vaxt keçirib və səfərindən sonra ingilis dilində təşəkkür sözlərini çatdırıb.

Onu da qeyd edək ki, Rusiyanın bəzi KİV-lərinin iddiasına görə, Stiven Vitkoffun prezident Vladimir Putinlə görüşü alınmayıb. Amma hələ ki, bu məsələ rəsmi təsdiqini tapmayıb.

E. KAMAL
Seçilən
25
reyting.az

1Mənbələr