Azersun Holding
Ənənəvi marketinq üzrə mütəxəssis
Son tarix 13 apr 2025 – Müraciət et
Tələblər:
- Marketing və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Ənənəvi marketing (offline) sahəsində minimum 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
- TV\Radio\Outdoor\İndoor marketinq işləri ilə davamlı təcrübəyə sahib;
- Media terminologiyasını bilən, media data ilə işləmə və analiz etmə bacarığı;
- Rəqəmsal marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
- Mükəmməl ünsiyyət, səlis danışmaq, izah etmə bacarıqları;
- Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;
- Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
- Məsuliyyətli, analitik düşünmə bacarığı;
- Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimetmə bacarığı.
İş haqqında məlumat:
- Offline media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etmək və buna uyğun offline media planlama strategiyaları hazırlamaq;
- Offline media planlayıcı brend menecerlər ilə, online media planlayıcı ilə birlikdə çalışmaq, mütəmadi olaraq fikir mübadilələri aparmaq və marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
- Hədəf auditoriyanı nəzərə alaraq, media kanallarının potensialını və effektivliyini dəyərləndirmək;
- Reklam büdcəsini düzgün təyin etmək və bu büdcəyə uyğun olaraq media agentliyinin də dəstəyi ilə media planları hazırlamaq;
- Reklam kampaniyalarının effektivliyini izləmək, kampaniyanın gedişatında və kampaniyanın sonunda nəticələrin təhlil edilməsi və daha yaxşı nəticələr əldə etmək məqsədilə yeni yanaşmaların təklif edilməsi;
- Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Rəqiblərin istifadə etdiyi media kanalları və reklam formatları haqqında məlumat toplamaq;
- Media kampaniyalarının nəticələrini (SOV, PBA və s.) rəhbərlik və müştərilər (brend menecerləri) üçün hesabatlar şəklində təqdim etmək;
- Müxtəlif analiz alətlərindən istifadə edərək, kampaniyanın performansını (televiziya reklamlarının əldə etdiyi GRP-ləri, açıq hava reklamlarının görünürlük dərəcəsi kimi statistikaları, araşdırma nəticələrini) izləmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Ənənəvi marketinq üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Rəqəmsal marketinq üzrə mütəxəssis
Son tarix 13 apr 2025 – Müraciət et
Tələblər:
- Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
- Rəqəmsal marketing sahəsində minimum 3 il iş təcrübəsi;
- MS Office; Meta, Google Ads, Google Analytics, Email Marketing, Sosial platformalarda və Youtube-da reklam, SEO, İnfluencer marketing işləri ilə davamlı təcrübəyə sahib;
- Xarici dil bilikləri: İngilis və Rus dilini yaxşı səviyyədə bilmək;
- Ənənəvi marketinq bilgi və təcrübənin olması əlavə üstünlükdür;
- Mükəmməl ünsiyyət, səlist danışmaq, izah etmə bacarığı;
- Reklam və Marketinq strategiyalarının tətbiqi planının hazırlanması bacarığı;
- Yaradıcı yanaşma və nəticəyönümlü iş üslubu;
- Məsuliyyətli, analitik düşünmə bacarığı;
- Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı əlavə üstünlükdür;
- Yaradıcı, kreativlik, komanda ilə işləmək, təqdimatlar hazırlamaq və təqdimat bacarığı.
İş haqqında məlumat:
- Online media kanallarının effektivliyini doğru qiymətləndirmək üçün markaların hədəf auditoriyasını analiz etməli və buna uyğun online media planlama strategiyalar hazırlamalı;
- Online media planlayıcı brend menecerlər ilə, offline media planlayıcı ilə birlikdə çalışaraq, mütəmadi olaraq fikir mübadilələri aparmaq, marka tanıtımına yönəlik ortaq media yayım strategiyası formalaşdırmaq;
- Müxtəlif online media kanallarını (sosial media, Google Ads, YouTube və s.) araşdırmaq, potensialını, effektivliyini dəyərləndirmək və brendin reklam kampaniyasına və hədəf kütləsinə uyğun olanlarını seçmək;
- Kampaniya boyunca rəqəmsal reklam aktivliyinin effektivliyini izləmək, ehtiyac yarandığı anda dərhal müdaxilə etmək;
- Online Media kampaniyalarının nəticələrini (views, followers, subscribers, engagements, CTR, CPC, Conversion rate, CAC və s.) müxtəlif analitik alətlərdən istifadə (Google Analytics, Facebook Insights, və s.) edərək analiz etmək, rəhbərlik və brend menecerlər üçün hesabatlar şəklində təqdim etmək. Növbəti rəqəmsal kampaniyalar üçün təkmilləşdirmələr etmək;
- Rəqiblərin reklam strategiyalarını izləmək və təhlil etmək. Onların istifadə etdiyi rəqəmsal media kanalları və reklam formatları haqqında məlumat toplamaq.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
- Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Rəqəmsal marketinq üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.