
Məşhur "Böyük Qardaş" realiti-şousunun ispandilli versiyasının ulduzu Aleska Genesis layihədən qovulandan dərhal sonra saxlanılıb.
Reyting.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları realiti-şounun iştirakçısını Mexiko şəhərindəki qadın həbsxanasına aparıblar. Ulduzun daha əvvəl – 2023-cü ilin yanvarında oğurluqda şübhəli bilinərək saxlanıldığı, amma həbsdən azad edildiyi dəqiqləşdirilib.
V. QULİYEV