AZ

"WhatsApp"da yeni funksiya - mesaj zəncirləri...

Populyar "WhatsApp" mesenceri "Android" istifadəçiləri üçün yeni funksiyanı - mesaj zəncirlərini təqdim edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu funksiya söhbətləri daha mütəşəkkil və başadüşülən etmək məqsədilə çatlarda konkret mesajlara cavabları izləməyi asanlaşdırmaq üçün nəzərdə tutulub.

Nizamsız cavabları tapmaq üçün çatı vərəqləmək əvəzinə, yeni funksiya xüsusi mesaja verilən bütün cavabları forum mövzuları və ya "X"dəki kimi bir başlıqda qruplaşdıracaq. Bu, əsas mesajla əlaqəli bütün sitatları və cavabları görməyə imkan verəcək, lazım olan məlumatı tapmağı və uzun, qarışıq söhbətlərdə naviqasiyanı asanlaşdıracaq.

Hazırda bu funksiya istifadəyə verilməyib və tərtibatçılar onun üzərində işləyirər. Qeyd olunur ki, mesaj zəncirləri şəxsi çatlarda, qrup çatlarında, icmalarda və kanallarda işləyəcək.

Milli.Az

Seçilən
3
6
milli.az

7Mənbələr