AZ

Rusiyanın Tuapse şəhərində PUA-lar neft anbarına hücum edib

Rusiyanın Tuapse şəhərində PUA-lar neft anbarına hücum edib.

APA Rusiya KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra şəhərdə yerləşən neft anbarının ərazisində yanğın başlayıb.

Məlumata görə, yanğının sahəsi 1000 kvadratmetrdən çoxdur.

Eyni zamanda, Soçi hava limanında “Xalça” planı tətbiq edilib, reyslər təxirə salınıb.

Region rəhbəri Veniamin Kondratyevin sözlərinə görə, benzin çənlərindən biri yanıb.

İlkin məlumatlara görə, itki yoxdur. Yanğının söndürülməsinə 121 nəfər canlı qüvvə və 39 texnika cəlb olunub

Vnukovo hava limanında da “Xalça” planı tətbiq edilib. Gediş-gəliş reysləri təxirə salınıb. Kaluqa hava limanında da məhdudiyyətlər tətbiq edilib.

Daha sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi hər iki hava limanının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb.

Moskva meri Sobyanin isə bildirib ki, hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan dörd Ukrayna pilotsuz təyyarəsinin hücumunu dəf edib.

Seçilən
16
4
apa.az

5Mənbələr