AZ

Kriptovalyuta bazarının son göstəriciləri

 

Martın 14-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb.

Valyuta.az  xəbər verir ki, Bitcoin Bakı vaxtı ilə saat 9:00-da 1.65% ucuzlaşaraq 81 933 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində isə artım  müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.74% artaraq 1 890 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 2.71%, BNB isə 0.73% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

 

Seçilən
7
1
valyuta.az

10Mənbələr