AZ

“Fənərbağça”ya səfər qələbəsi yetmədi

Avropa Liqasında 1/8 final mərhələsi başa çatıb.

Msport.az xəbər verir ki, cavab oyunlarından sonra yoluna davam edən komandalar müəyyənləşib.

“Fənərbağça” səfərdə “Reyncers”ə qalib gəlsə də, bu, ümumi hesabın bərabərləşməsinə kömək olub. Lakin şotlandlar penaltilər seriyasında daha dəqiq oynayaraq, 1/4 finala yüksəliblər.

“Mançester Yunayted” və “Tottenhem” kimi iddialılar mübarizəni davam etdiribsə, “Roma” üçün avrokubok mövsümü bitib.

 

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

 

“Latsio” (İtaliya) – “Viktoriya” (Çexiya) – 1:1

İlk oyun – 2:1

 

“Olimpiakos” (Yunanıstan) – “Budyo Qlimt” (Norveç) – 2:1

İlk oyun – 0:3

 

“Ayntraxt” (Almaniya) – “Ayaks” (Niderland) – 4:1

İlk oyun – 2:1

 

“Atletik” (İspaniya) – “Roma” (İtaliya) – 3:1

İlk oyun – 1:2

 

“Tottenhem” (İngiltərə) – AZ (Niderland) – 3:1

İlk oyun – 0:1

 

“Mançester Yunayted” (İngiltərə) – “Real Sosyedad” – (İspaniya) 4:1

İlk oyun – 1:1

 

“Lion” (Fransa) – FKSB (Rumıniya) – 4:0

İlk oyun – 3:1

 

“Reyncers” (Şotlandiya) – “Fənərbağça” (Türkiyə) – 0:2 (pen. 3:2)

İlk oyun – 3:1

 

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 10-da, cavab matçları 17-də keçiriləcək.

Seçilən
8
4
msport.az

10Mənbələr