Bakı. Trend:
Bu ilin ilk Ay tutulması Bakı vaxtı ilə saat 07:57-dən etibarənbaşlayıb.
Trend xəbər verir ki, bu2025-ci ilin tam Ay tutulmasıdır.
Belə ki, tutulma hadisəsi Şimali və Cənubi Amerika,Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi,Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edir.
Bakı vaxtı ilə saat 07:57-də başlayan tutulma hadisəsi 14:00-dabitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isəsaat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanınmaksimumu saat 10:58-də olacaq.
Məlumat üçün bildirək ki, Ay tutulmasının baş vermə səbəbi Yerinorbit müstəvisi ilə Ayın orbit müstəvisinin cəmi 5 dərəcəfərqlənməsidir. Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinindüyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ayarasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir.
Qeyd edək ki, gözlənilən tam Ay tutulması yerli vaxtla gündüzsaatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçünAzərbaycandan görünməyəcək.