Ali Məhkəmədə qohumu bıçaqlamaqda təqsirləndirilən Elmixan Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib və onun cəzası 6 il 10 ay 4 gündən 6 il 1 ay 4 günə endirilib.
Qeyd: 2023-cü il yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə 1986-cı il təvəllüdlü şəhər sakini Sərxan Orucovun qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S Orucovu bıçaqlamaqda şübhəli bilinən şəhər sakini Elmixan Həsənov saxlanılaraq istintaqa təhvil verilib. İstintaq zamanı məlum olub ki, Elmixan Həsənov qohumu Sərxan Orucovu bıçaqlayan zaman onun əmisi oğlu Həmid Orucovu da döyüb.
Kamal Məmmədov