AZ

Avropa Liqasında 1/4 final cütləri

UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turnirin bu raundunun cavab oyunları dünən baş tutub.

İngiltərənin 2, Almaniyanın 1, İspaniyanın 1, Şotlandiyanın 1, İtaliyanın 1, Fransanın 1, Norveçin də 1 təmsilçisi mübarizəni davam etdirir. 1/4 finalın cütləri belədir:

Tottenhem (İngiltərə) – Ayntraxt (Almaniya)
Bodo-Qlimt (Norveç) – Latsio (İtaliya)
Reyncers (Şotlandiya) – Atletik (İspaniya)
Lion (Fransa) – Mançester Yunayted (İngiltərə).

1/4 finalın oyunları aprelin 10-17-də keçiriləcək.

Seçilən
8
futbolpress.az

1Mənbələr