Bakı. Trend:
Martın 13-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdənbağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindəntəmin olunub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 144, ocümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraqaidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.