AZ

Xalq öz qəhrəmanlarını harada görmək istəyir?

Foto Sank-Peterqburq ( Leninqrad) şəhərində 1944-cü ildə çəkilib. Hərbi hospitalda 3 aylıq, əlləri sarıqlı qız uşağının bu fotosu "Oqonyok" jurnalında dərc edilir və başlıq belə verilir " Hospitalın ən azyalşı xəstəsi, o cəmi üç aylıqdır"
Bu foto yayılandan sonra Sovetlər birliyində güclü təbliğat başlanır və hər kəs bu qızın qisasını almaq üçün silaha sarılıb müharibəyə gedir. Qələbə qazanılır, Berlin ələ keçirilir və 9 may günü bayram edilir. Hər kəs sevinir, əylənir, yeyib içir və qələbəni qeyd edirlər. Lakin qızın taleyi daha heç kimi maraqlandırmır.
Sovet ölkələrində bu üç aylıq körpənin qısasını almaq üçün canlarından keçən yüzlərlə, minlərlə insan olur. Qələbədən sonra hər kəsə ordenlər, medallar, fəxri adlar verilir.
Lakin bu qızı heç kim xatırlamır, düşünmür, maraqlnamırdı. Yerli mətbuat da susur, onu tanıyanlar da susur, bir körpə uşağın taleyi heç kimin yadına belə düşmür.
Bu qızın adı Larisa Bytunerdir. Blokadada olan şəhərdə evlərinə top mərmisi düşür, onu bu zaman süd verib əmizdirən anası parça-parça olur, qızın isə bir neçə barmağı qopub düşür.
Həkimlər isə onu səhv əməliyyat edirlər, barmaqları yerinə tikmirlər və o, ömrünün sonuna qədər əlil olaraq qalır.
Ailəsini itirən qıza xalası və nənəsi sahib çıxır. Ali təhsil alır, lakin onun təhsilinə uyğun olaraq barmaqları olmadığına görə heç bir yerə işə götürmürlər. Hər bir qurum onu iqnor edir, yaxına buraxmır. Fotosu qəhrəmanlıq tarixinə yazılan qız cəmiyyətdə heç kimə lazım olmayan bir şəxsə çevrilir.
75 ildən çox ömür yaşayır, lakin arzu və məqsədinə heç bir zaman çata bilmir Larisa.
Müharibə onun yaralı fotosu ilə yenidən alovlanır, yüzlərlə, minlərlə insan onun fotosunu görüb qisas üçün döyüşlərə atılır, canlarından keçirlər. Lakin o özü unudulmuş, əzilmiş və heç kim tərəfindən qəbul edilməyən halda ömür yaşayır, əllərində bir neçə barmağı olmadığı halda...
Zaur Əliyev, tarixçi alim
PS: Orta əsrlər Florensiyasında belə bir məsəl var: "Xalq öz qəhrəmanlarını iki yerdə görmək istəyir:-taxtda yaxud dar ağacında".
Seçilən
4
news365.az

1Mənbələr