AZ

Pilotsuz təyyarələrin hücumu Tuapsedə neft anbarının alovlanmasına səbəb olub

Ukraynanın pilotsuz təyyarələrinin Qara dəniz sahilindəki Krasnodar vilayətinin Tuapse şəhərinə hücumu nəticəsində yerli neft anbarında yanğın baş verib...

Poliqon xəbər verir,bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev bildirib.

“Benzin çənlərindən biri yanıb. Yanğın sahəsi 1000 kvadratmetrdən çoxdur, təcili yardım xidmətləri işləyir”, o, Telegram-da yazıb.

Kondratyevin sözlərinə görə, itki yoxdur. Yanğının söndürülməsinə 120-dən çox canlı qüvvə və 39 texnika cəlb olunub.

Daha əvvəl Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən neft emalı zavodunun ərazisində partlayış və yanğın barədə məlumat yayıb.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr