AZ

Azərbaycanda dərs vaxtı şagirdi qaçıran şəxsin KİMLİYİ BİLİNDİ

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

Far.Az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadə olub.

Xatırladaq ki, ötən gün Goranboy şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Z. B. qaçırılması barədə xəbər çıxmışdı.

İlkin məlumata görə, məktəbli dərs vaxtı qaçırılıb.

Məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
55
1
far.az

10Mənbələr