Bu ilin yanvar–fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub.

İndex.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.