AZ

Elm və Təhsil Nazirliyi sığınacaq sakininə imtahanda problem yaradır

Elm və Təhsil Nazirliyi özünə qarşı qeyri-insani münasibət görmüş 18 yaşlı sığınacaq sakinimizə imtahanda problem yaradır.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova yazıb. O bildirib ki, nazirlik həyatını yaxşı yöndə dəyişmək istəyən bir uşağın ümidlərini qırır:

“Elm və Təhsil Nazirliyi, mümükünsə sualımı cavablandırın. Sığınacaq sakini gənc qızın 18 yaşı tamamına 5 ay qalıb. Ekstrenat imtahanda birinci mərhələdən keçib, apreldə ikinci mərhələyə getməlidir. Zəng vurub deyirlər ki, hələ 18 yaşın tamam olmayıb, növbəti il verərsən.
Həyatında özünə qarşı qeyri-insani münasibət görmüş bir uşaq, hansı ki, təhsillə həyatını dəyişmək istəyir, ümidlərini niyə qırırsınız? Bu yaş məsələsi nəyə əngəl olur?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, mümkünsə yardım edin. Uşağı sakitləşdirə bilmirik”.

Nigar

Seçilən
17
4
tribunainfo.az

5Mənbələr