Bakı. Trend:
XII Qlobal Bakı Forumunun ikinci günü start götürüb.
Trend xəbər verirki, bu gün tədbirdə aşağıdakı mövzularda panel müzakirələriaparılacaq:
“Sülhə aparan yol” (Path to Peace), "Yeni dünya düzənində ortagüclər" (Middle Powers in the New World Order), "Sülh naminə bərpa:post-münaqişə yenidənqurması və regional sabitlik” (Rebuilding forPeace: Post-Conflict Reconstruction and Regional Stability),"COP29: Belenə doğru irəliləyiş — keçidin sürətlənməsi" (COP29:Breakthrough to Belem - Accelerating Transformation).
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.