Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin X sosial şəbəkə hesabında diqqət çəkən paylaşım edilib.
Gundem.az xəbər verir ki, paylaşımda yaxın gələcəkdə hadisələrin məcrasını dəyişəcək nəyinsə baş verəcəyi qeyd olunub.
“Çoxları şokda olacaq. Gözləyin”, - bildirilib.
Qarşıdan gələn dəyişikliklərin təfərrüatı açıqlanmayıb. Paylaşıma qaranlıq siluetin fotosu əlavə olunub.
Qeyd edək ki, onun hesabında sonuncu paylaşım 2023-cü ilin iyununda dərc edilmişdi.