AZ

Konfrans Liqasında 1/4 final cütləri müəyyənləşdi

Futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, ötən gecə keçirilmiş 1/8 final mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.

Turnirin əsas favoriti hesab olunan İngiltərənin “Çelsi” komandası yarımfinala vəsiqə uğrunda Polşa təmsilçisi “Legiya” ilə mübarizə aparacaq.

Konfrans Liqasının digər favoriti “Fiorentina” (İtaliya) isə Sloveniyanın “Çelye” kollektivini sınağa çəkəcək.

İspaniya təmsilçisi “Betis”i Polşanın digər komandası “Yagelloniya” ilə oyunlar gözləyir.

Daha bir qarşılaşma İsveçin “Yurqorden” və Avstriyanın “Rapid” komandaları arasında baş tutacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları aprelin 10-da keçiriləcək. Cavab qarşılaşmaları isə ayın 17-də baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 final mərhələsi
10 və 17 aprel

“Betis” (İspaniya) – “Yagelloniya” (Polşa)
“Çelye” (Sloveniya) – “Fiorentina” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Legiya” (Polşa)
“Yurqorden” (İsveç) – “Rapid” (Avstriya)

Seçilən
10
arena.az

1Mənbələr