Vətəninfo.az– daxil olan məlumata görə, “İctimai Əsasla Məktəbəqədər Təhsil” layihəsi 890 məktəbdə 1177 icma əsaslı qrupla təşkil edilib. Rəsmi məlumatlara görə , bu qrupara 19133 nəfər 3-4 yaşlı uşaqlar cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsinə isə 1088 tərbiyəçi-müəlim təhkim olunub.
Redaksiyamıza adını açıqlanmasını istəməyən bu layihədə iştirak edən müəllimlərin verdiyi məlumata görə hər bir müəllim 300 AZN, qrup rəhbəri 400 AZN əmək alır. İcma Əsaslı Məktəbəqədər Təhsil layihəsində çalışan tərbiyəçi müəllimlər isə 185 AZN əmək haqqı alır.
Məlumatda deyilir ki, bu ilin yanvar-fevral ayının əməkhaqları ödənmədiyinə görə müəllim və tərbiyəçilərin maddi vəziyyətləri daha da ağırlaşıb.
Müəllim və tərbiyəçilər yeni təyin olunan Maliyyə naziri Sahil Babayevdən kömək istəyirlər.
Onlar qeyd edirlər ki,Təhsil Naziri Emin Əmrullayev müəllim və tərbiyəçilərin halından anlamır və onların qarşılaşdığı problemlərin həlli üçün çalışmır. İdda edilir ki, müəllimlər bununla bağlı Təhsil Nazirliyinə bir neçə dəfə də müraciət etsələr də hələ də onların problemi öz həllini tapmayıb.
Vətəninfo.az