AZ

Trampın elçisinin təyyarəsi Moskva səmasında

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsinin təyyarəsi Mosva şəhərindən yola çıxıb. "İzvestiya" nəşrinin yazdığına görə, təyyarənin göyərtəsində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffun olduğu ehtimal edilir. Nəşrin təqdim elədiyi kadrlarda, martın 13-də, axşam saatlarında Trampın xüsusi nümayəndəsinin kortejinin Moskvanın Vnukova aeroportuna doğru irəlilədiyi görünür.

Vitkoff təqribən 1 saat Moskvadakı ABŞ səfirliyində olub. Qəzetin yazdığına görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözləyib. Bundan əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov qeyd etmişdi ki, görüş Putinin “siqnalı ilə” baş tutacaq.

TASS agentliyinin Uşakovdan gətirdiyi sitatda deyilir: "Prezident Vitkof ilə danışıqlara başlayacağına dair siqnal verəndə, o, Kremlə çağırılacaq və o, prezidentlə görüşəcək".

Görüş barəsində informasiya verilməyib.

Hürr Tərcüman

Seçilən
5
hurriyyet.az

1Mənbələr