AZ

İrandan sülh müqaviləsi üzrə razılığın əldə olunmasına reaksiya

İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə razılığın əldə olunmasını alqışlayır. 

"Unikal" xəbər verir ki, bu barədə İran  Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqay açıqlayıb.

Diplomat Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin şərtləri ilə bağlı razılığın əldə olunmasını Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində zəruri və mühüm addım hesab edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların başa çatması Fransa, Estoniya, İspaniya və Almaniya tərəfindən alqışlanıb.

Ağarza Elçinoğlu

Seçilən
38
41
unikal.az

10Mənbələr